“Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi “Trabzonspor”la görüşdə zədələnib. Onun 3-4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
2022-ci ilin yayında “Konyaspor”dan “Qalatasaray” transfer olan Abdülkerim bu mövsüm 32 oyunda 5 qol vurub.