13 Yanvar 2025
Dünya futbolu

“Qalatasaray” oyunu öncəsi “Bavariya”da ciddi itki

“Bavariya”nın futbolçusu Dayo Upamekano zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı oyunçu “Frayburq”la oyunda sıradan çıxıb. Onun zədəsinin ciddi olduğu bildirilir. Fransalı müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin üçüncü oyununda İstanbulda “Qalatasaray”la üz-üzə gələcək. Görüş oktyabrın 24-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43