Moskva “Lokomotiv”inin müdafiəçisi Mario Mitai xarici klubların marağına səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, söhbət “Qalatasaray” və “Brest”dən gedir.
Mitai iyunun 15-də Avro-2024-ün qrup mərhələsində İtaliya ilə oyunda (1:2) Albaniya millisinin start heyətində meydana çıxıb. O, Rusiya Premyer Liqasından Avropa çempionatında çıxış edən ilk futbolçu olub.