“Qalatasaray” forma sponsoru SOCAR-dan qazandığı məbləği açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu sözügedən şirkətlə tərəfdaşlıqdan 15 milyon avro gəlir əldə edib. Bu, “sarı-qırmızılar”ın sponsorlardan qazandığı ən yüksək məbləğdi.
Xatırladaq ki, SOCAR “Qalatasaray”ın avrokubok oyunlarında forma sponsorudur.