Bu mövsüm 3 turnirdə də iştirak edən "Qalatasaray", qış transferində olduqca fəal görsənir. Əvvəlcə "Qremiyo"dan sol cinah müdafiəçisi Aleks Tellaşı, daha sonra isə "Qrasshopers"dən bosniyalı sag cinah yarımmüdafiəçisi İzet Hayroviç transferini bitirən "aslanlar", bu dəfə hədəfi "Kayserispor"un 22 yaşlı sağ cinah müdafiəçisi Salih Dursuna çeviriblər. "Sarı-qırmızılar"ın icraçı direktoru Süleyman Hurma "Salihi "Qalatasaray"a verdik" deyincə, transferin baş tutduğuna əminlik yaradır.
Türkiyə millisinin də üzvü olan futbolçunun transfer qiymətinin 4 milyon avro olduğu bildirilir. Futbolçu ilə 5 illik müqavilə bağlanacağı da yayılan xəbərlər arasındadır.