“Qalatasaray” “Mançester Siti”nin ulduzu Kevin de Bruyne ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun artıq qarşı tərəflə təmasa keçdiyi bildirilir. Rəhbrəlik belçikalı futbolçu ilə görüş keçirib. “Qalatasaray” transferi yayda reallaşdırmaq istəyir.
İddia edilir ki, Bruyne də İstanbul təmsilçisinə keçmək istəyir. O, Türkiyədə yaşamağa müsbət yanaşır.
Təcrübəli futbolçunun “şəhərlilər”lə müqaviləsi yayda başa çatacaq.