29 Yanvar 2025
Dünya futbolu

“Qalatasaray” və “Fənərbağça” onun üçün yarışır

Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubları bu səfər ulduz futbolçu üçün yarışırlar.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçiləri “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etmək istəyir. Hər iki klub da oyunçunun xidmətində maraqlıdı.

Mançester klubundan ayrılmaq niyyətində olan ingiltərəli oyunçu “Barselona”ya keçmək istəyir. Lakin Kataloniya təmsilçisi maliyyə problemləri yaşadığı üçün oyunçuya yüksək maaş ödəyə bilmir. 

Bu səbəbdən də Reşfordun Türkiyəyə gəlmək ehtimalı böyükdür. Onun hansı klubda çıxış edəcəyi isə hələlik dəqiq bilinmir.

İngiltərəli futbolçu cari mövsüm “Mançester Yunayted” forması ilə 24 matçda 7 qol vurub, 3 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43