23 Dekabr 2024
Dünyadan

“Qalatasaray” və “Fənərbağça”nın Avropa Liqasındakı potensial rəqibləri (SİYAHI)

UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarının bitməsi ilə əlaqədar olaraq UEFA 1/16 finala yüksələn komandaların səbətlərini müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələyə təmsilçilərimizdən heç biri yüksəlməsə də, azərbaycanlı futbolsevərlər qardaş Türkiyə klublarının mübarizəsini izləyə biləcəklər.

Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutaraq Avroliqaya yuvarlanan "Qalatasaray"la yanaşı, Avropa Liqasının qrup mərhələsini qrup ikincisi kimi başa vuran "Fənərbağça" da "səpələnməmişlər" səbətində yer alıb.

Püşkatma mərasimi dekabrın 14-də keçiriləcək.

Səbətlərin tam tərkibi aşağıdakı kimidir:

Səpələnmişlər: Mölde, Liverpul, Krasnodar, Napoli, Rapid (Vyana), Braqa, Latsio, Lokomotiv (Moskva), Bazel, Tottenhem Hotspur, Şalke, Atletik, Mançester Yunayted*, Bayer (Leverkuzen)*, Olimpiakos*, Porto*

Səpələnməmişlər: Fənərbağça, Sion, Borussiya (Dortmund), Midtüllənd, Vilyareal, Olimpik (Marsel), Sent-Etyen, Sportinq (Lissabon), Fiorentina, Anderlext, Sparta (Praqa), Auqsburq, Şaxtyor (Donetsk)*, Qalatasaray*, Sevilya*, Valensiya*

Qeyd: Ulduzla işarələnmiş klublar Çempionlar Liqasından gələnlərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43