“Qalatasaray” gələn mövsüm üçün transfer çalışmalarına başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar”ın yayda əsas hədəflərindən biri Eren Dinkçi olacaq. “Verder”ə məxsus olan oyunçu hazırda icarə əsasında “Haydenhaym”da çıxış edir. O, bu mövsüm Bundesliqada 21 oyuna 7 qol vurub.
Erenin Bremen klubuyla müqaviləsi yayda bitəcək. “Qalatasaray” 22 yaşlı vingeri azad agent kimi heyətinə qatmaq istəyir.