“Qalatasaray” “Yuventus”un Aleks Telles transferi ilə bağlı etdiyi təklifə “yox” deyib.
İdmanxeber.com-un məlumatına görə, Turin klubu braziliyalı futbolçunu 1.5 illik icarəyə götürməsi üçün “Cim-Bom”a etdiyi təklif türklər tərəfindən müsbt qarşılanmayıb.
“Qalatasaray” rəhbərliyi braziliyalı futbolçunun komanda üçün önəmli oyunçu olduğunu açıqlayaraq “Yuventus”un təklifini rədd edib.