Rusiyanın “Dinamo” klubu “Qalatasaray”dan rəsmi təklif aldığını təsdqiləyib.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar”ın bir müddət öncə Moskva təmsilçisinin erməni əsilli futbolçusu Arsen Zaxaryanla maraqlandığı bildirilmişdi. “Dinamo” klubunun rəsmisi Dmitriy Qafin bu barədə Rusiya mətbuatına açıqlama verib.
O bildirib ki, “Qalatasaray” 19 yaşlı futbolçu üçün yaxşı bir təklif edib. İstanbul nəhəngi ilə yanaşı, “Çelsi”nin də futbolçuya maraqlı olduğunu açıqlayıb:
“İki klub da təkliflərini ediblər. Hələ yekun qərar verilməyib. Arsen “Dinamo”nin oyunçusudur. Yaxın vaxtda onun gələcəyi ilə bağlı yekun qərar veriləcək”.