Çempionlar Liqası çərçivəsində keçirilən “Qalatasaray” – “Real” matçında ev sahibinin ulduz futbolçusu Didier Droqba zədələnmişdi. Fildişi sahilli forvard çiynindən zədə almışdı.
Ancaq Türkiyə mətbuatında yenicə çıxan xəbərlərə görə, futbolçu hazırda həkim müayinəsindədir və çox gümanki “Beşiktaş”la derbi oyununa yetişdiriləcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 22-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.