“İnter”in futbolçusu Hakan Çalhanoğlu Türkiyə mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu ölkəsinə transfer olmaq ehtimalından danışıb. Türkiyə millisinin üzvü adının davamlı “Qalatasaray”la hallanmasına da münasibət bildirib:
“Bir ara belə bir söhbət oldu. “Qalatasaray”a transfer oluna bilərdim. Ancaq həmin dönəm klubda prezdidnet seçkiləri var idi. Bu səbəbdən də olmadı. Hazırda “İnter”dəyəm, klubla müqaviləm var. Burada olmaqdan xoşbəxtəm”.
Xatırladaq ki, Türkiyə millisinin üzvünün “İnter”lə 2027-ci ilə qədər müqaviləsi var.