“Qalatasaray” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, “cim-bom”un heyətində Mauro İkardi sıradan çıxıb. Argentinalı ulduz futbolçu Avropa Liqası Liqa yolunun 4-cü turunun “Tottenhem”lə matçında (3:2) ağır zədə alıb.
Sağ dizində yırtıq aşkarlanan hücumçu mövsümün sonuna kimi yaşıl meydanlardan kənar qalacaq. 32 yaşlı futbolçu bu yaxınlarda əməliyyat olunacaq və ən yaxşı halda yeni mövsümdə komandasına kömək edə biləcək.