“Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcının durumuna aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu dünən “Eyüpspor” matçında zədələnərək, sıradan çıxıb. Onun durumunun ciddi olduğu bildirilir.
Türkiyə millisinin müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Qalatasaray” “Eyüpspor”la heç-heçə edib – 2:2.