Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madriddə “Atletiko” ilə qarşılaşacaq “Qalatasaray” bu oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “Benfika” ilə oyunda sarı vərəqə alan Burak Yılmaz cəzalı duruma düşüb. Sarı kart limitini dolduran “Cim-Bom”un forvardı İspaniyadakı oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Atletiko” – “Qalatasaray” matçı noyabrın 25-də keçiriləcək.