07 Fevral 2025
Dünya futbolu

“Qalatasaray”da özümü əla hiss edirəm” – Alvaro Morata

“Qalatasaray” Türkiyə Kubokunun növbəti turunda səfərdə “Boluspor”u məğlub edib – 4:1.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun qollarından birini yeni transfer Alvaro Morata vurub. İspaniyalı fovard matçın ardından görüş barədə fikirlərini bildirib:

“Qalatasaray”da özümü əla hiss edirəm. Çox güclü hücumçularımız var. Bu möhtəşəm ölkədə inanılmaz qarşılandım. Burada olduğum üçün çox xoşbəxtəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43