“Qalatasaray”ın aparıcı üzvü Didye Droqba bu gün keçiriləcək “Kayserispor”la oyunda meydana çıxa bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə cavab qarşılamasında əzələsində ağrı yaranan forvardın müalicəsinə başlanılıb.
Onun hansı müddətə yaşıl meydanlara dönəcəyi isə qeyri-müəyyən olaraq qalır.