25 Noyabr 2024
Dünya futbolu

“Qalatasaray”da şok: Növbəti ciddi itki

“Cim-bom”da daha bir oyunçu sıradan çıxıb

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray”ın futbolçusu Yunis Belhanda Mərakəş yığmasının heyətində ciddi zədələnib. Klubdan verilən məlumata görə, futbolçunun ayağında yırtıq olduğu və 6 həftə meydanlardan uazq qalacağı bildirilib.

Qeyd edək ki, Belhanda ilə yanaşı İstanbul təçsilçisinin heyətində Sinan Gümüş, Emre Akbaba, Yuto Naqatomo, Serdar Aziz və Ozan Kabak da zədəlidir.

Xatırladıq ki, “sarı-qırmızılı” komandanın heyətində olan Ndiaye, Ryan Donk və Qari Rodriges “Fənərbaxça” derbisindən sonra yaşanan hadisələrə görə  federasiya tərəfindən cəzalandırılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43