“Qalatasaray” yeni mövsüm öncəsi üç futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, bunlar Bilal Kısa, Furkan Özçal və Sercan Yıldırımdır.
Hər üç futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə ləğv edilib. Onların üçünün də “Bursaspor”a transfer olunacağı gözlənilir.