Nordin Amrabatı "Malaqa"ya icarəyə verən, Albert Riera ilə yollarını ayıran "Qalatasaray" daha iki futbolçusunu göndərir.
İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" müdafiəçi Dani və portuqaliyalı gənc futbolçu Brumanı "Qaziantepspor"a icarəyə verir.
Antep klubunun idarə heyətinin üzvü Mustafa Kızıl radio verlişlərin birində bu keçidlərin yaxın günlərdə reallaşacağını bildirib:
"Bizim yerimizdə kim olsa "Qalatasaray"a kömək edərdi. "Qalatasaray"ın problemi var və biz onlara kömək edirik. Dani ilə bütün məsələlərdə razılığa gəldik və o, 1-2 gün içərisində bura gələrək bizimlə müqavilə imzalayacaq. Brumayla da danışmışıq. Əgər zədəsini sağaldarsa mövsümün sonuna kimi bizdə oynaya bilər".