“Qalatasaray”ın sabiq futbolçusu Patrik van Anholtun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək. O, “Sparta” (Rotterdam) klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Anholt 2021-2024-cü illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol vurub, 5 assistlə yadda qalıb.