“Betis” transferin son günündə heyətinə Sedrik Bakambunu qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubu konqolu forvard üçün “Qalatasaray”a 5 milyon avro ödəyəcək. Tərəflər arasında son danışıqlar gedir.
Bakambu ötən ilin yayında “Qalatasaray”a qoşulub. O, bu mövsüm sarı-qırmızılı formayla 16 oyuna çıxıb və 2 qol vurub.