“Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Belçika “Gent”indən müdafiəçi Karlos Kuesta ilə anlaşıb. Türkiyə təmsilçisi bu transfer üçün 8 milyon avro təzminat ödəyib.
25 yaşlı müdafiəçi cari mövsüm 13 matçda çıxış edib və 1 qol vurub. Ekvadorlu oyunçunun yaxın günlərdə İstanbulda olacağı bildirilir.