Dünya futbolu

“Qalatasaray”dan “Leyptsiq”ə

“Qalatasaray”ın futbolçusu Armindo Bruma mövsümün sonunda komandadan ayrılacaq.

Bunu 22 yaşlı yarımmüdafiəçinin meneceri Katio Balde Portuqaliya mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, Bruma Almaniyanın “Leyptsiq” klubu ilə anlaşıb: “Hər iki klub arasında razılıq əldə olunub. Bruma növbəti turda “Qalatasaray”da son oyununa çıxacaq”.

Portuqaliyalı futbolçunun gələn həftə Bundesliqa təmsilçisi ilə müqavilə imzalayacağı bildirilir. Portuqaliyanın “Rekord” qəzeti “Leyptsiq”in Bruma üçün “Qalatasaray”a 18 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, Bruma 2013-cü ildən İstanbul klubunda çıxış edir. O, bu mövsüm “cim-bom”un heyətində 36 oyuna 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43