İcarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen karyerasını İngiltərədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Napoli”nin futbolçusu “Mançester Yunayted”ə keçmək üzrədir. Premyer Liqa təmsilçisi Neapol klubuna 70 milyon avro ödəməyə hazırdır.
Tərəflərin böyük ölçüdə anlaşdığı bildirilir. Viktor Osimhen bu mövsüm 26 matça çıxaraq 20 qol vurub və 5 qolun ötürməsini edib.
Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.