Dünyadan

“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” növbəti transferini reallaşdırmaq üzrədi.

“Cim-Bom” “Antalyaspor”un futbolçusu Əmrah Başsanı heyətinə qatmaq istəyir.

Fatih Terimin istədiyi 21 yaşlı yarımmüdafiəçiyə görə, qarşı tərəflə danışıqlar başlanılıb. Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr Türkiyənin U-21 millisinin kapitanı “Qalatasaray”lı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43