Türkiyənin "Qalatasaray" klubu gözlənilməz qərar qəbul edib.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, Fatih Terimin vaxtında komandaya transfer olunan gənc futbolçu Bruma icarəyə veriləcək. "Sportinq"dən "Cim-Bom"a böyük məbləğ qarşılığında transfer olunan Portuqaliya millisinin üzvü ümidləri doğrultmur. Onun türk klublarından birinə icarəyə veriləcəyi gözlənilir.