Kateqoriyasız

“Qalatasaray” istədiyi transferi reallaşdırır – razılıq əldə olundu

“Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirir.

“İdmanxeber” “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Antoni Nvakaeme İstanbul təmilçisi ilə müqavilə imzalamaq üzrədir. 33 yaşlı hücumçu daha öncə də “sarı-qırmızılılar”a təklif olunsa da, rəhbərlik onun razılığa gələ bilməmişdi.

Nəşr yazır ki, Nvakaeme yenidən klubun gündəmənə gəlib. “Qalatasaray”ın təcrübəli forvard üçün illik 2 milyon avrodan 1+1 illik müqavilə təklif edib. Ötən mövsümü “Trabzonspor”da keçirən futbolçunun hazırda klubsuz olduğu üçün “cim-bom”un bu təklifi ilə razılaşdığı bildirilir.

Qeyd edək ki, Nvakaeme keçən il Trabzon klubunun çempionluğunda böyük pay sahibi olub. O, ötən mövsüm 15 qol vurub və  11 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43