27 Noyabr 2024
İdman

“Qalatasaray”ın baş məşqçisi qovuldu

“Qalatarasay”ın baş məşqçisi İqor Tudor istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə,, klub rəhbərliyi “Yeni Malatyaspor”a 1:2 hesablı məğlubiyyətdən sonra xorvatiyalı çalışdırıcı ilə yolları ayırmağı məqsədəuyğun sayıb. Dünən İstanbul təmsilçisinin prezidenti Dursun Özbəklə Tudor arasında görüş keçirilib. Uzun çəkən danışıqların sonunda 39 yaşlı çalışdırıcının göndərilməsinə qərar verilib. “Qalatasaray” müqaviləyə birtərəfli xitam verdiyindən, Tudora 400 min avro təzminat ödəyəcək. Qərar bu gün rəsmən açıqlanacaq. “Qalatasaray”ın yeni baş məşqçisi adına namizədlər Fatih Terim, Marselo Byelsa, Loran Blan və Tomas Tuheldi. 

Qeyd edək ki, Tudor “Qalatasaray”ın “sükanı arxası”na ötən mövsümün gedişində “Karabükspor”dan keçmişdi.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43