“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. “Əl-Fateh” mərakeşli vingeri heyətinə qatmaq istəyir.
Ərəblər Türkiyə klubu ilə danışıqları davam etdirir.
Ziyeş 2023-cü ilin yayında “Çelsi”dən “Qalatasaray”a keçib.