“Qalatasaray”ın müdafiəçisi Kaan Ayhan sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Super Liqanın 13-cü turu çərçivəsində keçirilən “Bodrum” matçında (1:0) zədələnib. Onun durumunun ciddi olduğu bildirilir.
30 yaşlı sağ cinah müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Təcrübəli oyunçu Avropa Liqasında “AZ Alkmar”, “Malmö”, Super liqada isə “Eyüpspor” və “Sivasspor”la görüşlərdə komandaya kömək edə bilməyəcək.