Dünya futbolu

“Qalatasaray”ın futbolçusu İtaliya klubunda

“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu icarə əsasında “Atalanta” klubuna keçib. 25 yaşlı oyunçu 2024/25 mövsümünün sonuna qədər müqavilə bağlanıb.

A Seriyası klubu müəyyən şərtləri yerinə yetirildiyi təqdirdə oyunçunu birdəfəlik transfer edə biləcək.

Ötən mövsüm Zaniolo icarə əsasında “Aston Villa”da çıxış edib. O, 39 oyun keçirib, 3 qol vurub, 12 sarı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43