27 Yanvar 2025
Dünya futbolu

“Qalatasaray”ın istədiyi futbolçu sıradan çıxdı

“Milan”ın zədəli futbolçusu Emerson Royalın durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Jirona” ilə keçirilmiş VII tur oyununda (1:0) xəsarət alan 26 yaşlı müdafiəçi iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braziliyalı futbolçu bu mövsüm “Milan”ın heyətində 26 matçda meydanda olub. 

Xatırladaq ki, oyunçunun adı “Qalatasaray” klubu ilə hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43