10 Noyabr 2024
Dünya futbolu

“Qalatasaray”ın müdafiəçisi sıradan çıxdı

“Alanyaspor”la görüşdə zədələnən Davinson Sançes 1 ay meydanlardan uzaq qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi “Mançester Yunayted”lə görüşü qaçırmalı olacaq.

Sançes bu ilin yayında “Tottenhem”dən “Qalatasaray”a transfer olunub. O, sarı-qırmızı formayla 11 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43