”Bavariya” və “Qalatasaray” Saşa Boy transferi üçün danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu fransalı sağ cinah müdafiəçisi üçün 15 milyon avro və əlavə bonuslar önərib. “Sarı-qırmızılar” isə 25 milyon avro tələb edir. Tərəflər arasında müzakirələr davam edir.
Boy 2021-ci ildən “Qalatasaray”da çıxış edir. O, bu mövsüm 31 oyunda 2 qol vurub.