“Ayntraxt” Barış Alper Yılmazı heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, Frankfurt klubu 23 yaşlı üçün yaxın zamanda “Qalatasaray”la danışıqlara başlayacaq. İstanbul klubu cinah hücumçusu üçün 15 milyon avro tələb edir.
Barış Alper 2021-ci ildən “Qalatasaray”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.