08 Yanvar 2025
Dünya futbolu

“Qalatasaray”ın oyununda 6 qol – “Fənər”lə fərq azala bilər...

Türkiyə Super Liqasının 30-cu turunun oyunları davam edir.

İdmanxeber az-ın məlumatına görə, lider “Qalatasaray” evdə “Fatih Karagümrük” komandasını qəbul edib. Matçda hesabı “sarı-qırmızılar” açsa da, qonaqlar ard-arda üç qolla 3:1 önə keçiriblər. 

Görüşün ilk hissəsinin sonunda Serxio Oliviera penaltidən yararlanaraq fərqi birə endirib -2:3. İkinci hissədə də təzyiqini davam etdirən ev sahibinin gücü yalnız bir qola çatıb.

Saşa Boy 80-cu dəqiqədə komandasını məğlubiyyətdən qurtara bilib -3:3.

Bu nəticənin ardından “Qalatasaray” bir oyun artıq keçirməklə ikinci sıradakı “Fənərbağça”dan 6 xal öndə qərarlaşıb.

Kadıköy təmsilçisi isə sabah doğma meydanda “İstanbulspor’la qarşılaşacaq.

“Qalatasaray” – “Fatih Karagümrük” – 3:3

Qollar: Aktürkoğlu, 3, Oliveyra, 45+1-pen, Boey, 80 – Diqne, 18, Borini, 26, 30


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43