“Qalatasaray”ın bu mövsüm heyətinə qatdığı Sedrik Bakambu komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunda əsas heyətə düşə bilməyən 32 yaşlı futbolçu ayrılmaq isrtəyir. Onun yanvarda “Qalatasaray”dan gedəcəyi gözlənir.
Bakambu yayda “sarı-qırmızılar”la 2024-25-ci ilə qədər müqavilə imzalamışdı. O, bu müddətdə 4 oyunda çıxış edib və qol vurmayıb.