Fatih Terimin istefa verməsi "Qalatasaray"ın futbolçularını təəccübləndirib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, "Çaykur Rizspor"la oyuna hazırlaşan futbolçular məşqdən sonra soyunub-geyinmə otağına gedərkən bu xəbəri alıblar və bəzi futbolçuların "Biraz öncə burda idi, bu necə işdi?"-deyə ifadələr işlətdiyi söylənilir.