23 Oktyabr 2024
Ölkə futbolu

“Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Kilan Lebon Premyer Liqanın XXV turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi iki komanda arasında rəqabətin olduğunu söyləyib:

“Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün yaxşı oyunçularımız da var. Amma hər şey bəzən istədiyimiz kimi olmur”.

Sent-Martin millisinin formasını geyinən oyunçu ölkəmiz barədə danışıb:

“Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43