Bu gün “Qarabağ”la müqavilə yeniləyən Kevin Medina klubun rəsmi saytına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, kolumbiyalı müdafiəçi yeni müqavilə bağlaması barədə danışıb:
“Qarabağ”a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm”.