Hazırda davam edən "Neftçi" – "Xəzər Lənkəran" matçının gedişində meydan sahiblərinin azarkeşləri partlayıcı maddədən istifadə etdiklərinə görə, polislə toqquşublar.
İdmanxeber.com-un məlumatına görə, "ağ-qaralı" fanatlardan bir neçəsini polis bölməyə aparıb. Vəziyyətin pik həddə çatdığını görən polislər əlavə güc istəyiblər. Tutulan azarkeşə görə, bir neçə fanat da həmin polislərin ardınca gedib.