22 Sentyabr 2024
Ölkə futbolu

Qanalı futbolçu “Qarabağ”da – RƏSMİ

“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Ağdam təmsilçisiylə 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub.

O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43