Kateqoriyasız

Qanalı futbolçunun “Qarabağ”a transferi bu səbəbdən alınmadı

“Vitoriya”nın hücumçusu Abdul-Aziz Yakubunun “Qarabağ”a keçidi mümkün olmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun tibbi baxışdan uğurla keçə bilməməsi olub.

22 yaşlı hücumçu ilə ilkin razılığa gəlinsə də, ayağında xroniki zədə aşkarlandığından onunla aparılan danışıqlar dayandırılıb.

Gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştoril” klubuna keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43