04 Dekabr 2024
Kateqoriyasız

“Qanunvericiliyə uyğun şəkildə…” – Aslan Şahgəldiyev

“Topaz”ın Azərbaycan Premyer Liqasına sponsorluğundan imtina etməsindən sonra Peşəkar Futbol Liqası (PFL) bu gün tender elan edəcək.

Bunu İdmanxeber.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi bildirib ki, artıq bu gün tender elan olunacaq:

“Bəzi şirkətlər var ki, bizə müraciət edirlər. Əgər onların hər hansı biri ilə müqavilə imzalasaq tam qanunvericiliyə uyğun şəkildə bu həyata keçiriləcək. Bu gün saytımızda çempionatın sponsorluğu ilə bağlı tender elan olunacaq. Ondan sonra hər hansı bir şirkət sponsor olduqda ictimaiyyətə geniş məlumat veriləcək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43