Millimizin müdafiəçisi Qara Qarayev və yarımmüdafiəçisi Rahid Əmirquliyev Bolqarıstanla görüş öncəsi mətbuat konfransında danışıb.
Qara Qarayev
“Baş məşqçimizlə başladığımız oyundan bu yana yaxşı oyun keçirmişik. Qrupun son oyununu yaxşı nəticə ilə başa vurmaq istəyirik. Rəqib çox güclüdü. Səfərdə oynamağımız da oyunu çətinləşdirir. Yəqin ki, Bolqarıstan özü də matçı qələbə ilə bitirmək istəyəcək. Rəqibin sürətli oyunçuları var. Sofiyaya xal arxasınca gəlmişik. İnşallah düşündüklərimizi meydanda edə bilərik. Əgər layiqli mübarizə aparsaq, məncə xal qazanacaq”.
“Tort alıb kəsirik. Ad günü haqda heç fikirləşmirəm. Elə vəziyyətdəyik ki, heç doğum günüm yadıma düşmür”.
Rahid Əmirquliyev
“Rəqibi yaxşıanaliz etmişik. Bilirik ki, güclü komandaya qarşı oynayacağıq. Biz də Sofiyaya gəzməyə gəlməmişik. Layiqli oyun göstərib, tsikli uğurlu nəticə ilə başa vurmaq istəyirik”.