09 Yanvar 2025
Kateqoriyasız

Qara Qarayev: “Bizə gülürdülər”

“Yaxşı hazırlaşmışdıq. Stadionun belə olmasına baxmayaraq yaxşı oynadıq. “Seltik”in futbolundan, oyunçularından xoşum gəlmədi. Onlaırn kapitanı tez-tez provakasiyaya əl atırdı. Mənim bu komandaya az da olsa simpatiyam var idi. Uduzmağımıza görə yox, oyunçularının bu hərəkətinə görə artıq onlar abir daha azrakeşlik etmərəm. Tez-tez kobud oynaırdılar, elə sözlər deyirdilər ki, provakasiyaya çəkirdilər. Stadionda atmosfer də yaxşı idi. Ot örtüyünün belə olmasına baxmayaraq ol imkanlarımız da oldu”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Ağdam klubunun aparıcı üzvü “Seltik”li futbolçuların tez-tez provakasiyaya əl atmalarından da danışıb:

“Mən onların futbolçularını səviyyəsini daha yüksək bilirdim. Ancaq Çempionlar Liqasında oynayasan və belə futbolçularla… Onlar sən demə rəqibi araşdırmaqla yanaşı, həm də belə şeylər üzərində məşq edirlərmiş. Tez-tez bizə söz atırdılar, gülürdülər. Bu da xoşumza gəlmirdi. Bunu əldə bayraq eləmək kimi çıxmasın. Gələn oyunlarda daha yaxşı çıxış edib, uğurlu nəticələrlə azarkeşlərimizi sevindirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43