27 Noyabr 2021
Müsahibə

Qara Qarayev: “Çempionluğu şəhidlərimizə ərməğan edirik” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Zirə” ilə oyundan sonra İdmanxeber.com-a müsahibə verib.

– Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?

– Bu, bizim uğurumuzdur. Gələcəkdə evimizin ən dəyərli yerindən asacağımız 1 medal qazandıq. Düşünürəm ki, bütün “Qarabağ” ailəsi və “Qarabağ” sevərlər bu qələbəyə layiq idi. Onların hər birini təbrik edirəm. Çalışacağıq ki, oyunlarımızdakı stabilliyi qoruyub saxlayaq.

– Çempionluğu rəqib meydançasında qeyd etmək necə hissdir?

– Çempionluğu rəsmiləşdirsək də son oyunumuz doğma divarlar arasındadır. Kuboku öz meydanımızda başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, bu daha gözəl olacaq.

– Çempionluğu necə qeyd edəcəksən?

– Rəhbərlik necə qərar versə, elə də qeyd edəcəyik. Düşünmürəm ki, hər hansı böyük bir tədbir keçirilsin. Çünki son günlərdə ölkəmiz hər gün bir şəhid verir. Fürsətdən istifadə edib çempionluğu şəhidlərimizə ərməğan edirik.

– Ötən mövsüm olduğu kimi, qızıl dubl etmək mümkün olacaq?

– Kubokda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər kəs uğur qazanmaq istəyir. Buna nail olsaq bizim üçün çox böyük xoşbəxtlik olacaq. Çünki “Qarabağ” adına hamı yaxşı nəticə qazanmaq istəyir.

– Çempionatın son turlarındakı oyunlar sizin üçün sıxıcı olmayacaq?

– Əksinə, son 4 oyun bizim üçün çox vacibdi. Çünki Avrokuboklara hazırlıqlı olmaq üçün, bu oyundalarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Düşünürəm ki, rahatlaşmaq bizim üçün Avropa kuboklarında bizim üçün problem yaradar. Qurban Qurbanov da tapşırıb ki, son oyunlara qədər ciddiyəti qoruyub saxlamalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İki metrdən qapıya düşə bilmirdik” – Maksim Medvedev

admin

“Rəhim Həsənovun elədiyi kişilik deyil” – SƏRT AÇIQLAMA

admin

Tounkara: “Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi?”

admin