17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 5-ci yeri tutub.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız bu gün beşinci yer uğrunda oyunda Qırğızıstan komandası ilə qarşılaşıb.
Qara Qarayevin het-trik etdiyi, Hacıağa Hacıyev və Emin Səfixanovun hərəyə bir dəfə fərqləndiyi oyun 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.